DataLife Engine > maraqli > Ayağı ağrıdığı üçün həkimə getdi məlum oldu ki, beyninin yarısı yoxdu

Ayağı ağrıdığı üçün həkimə getdi məlum oldu ki, beyninin yarısı yoxdu


19-08-2015, 11:44. Разместил: heqiqet Ayağı ağrıdığı üçün həkimə getdi məlum oldu ki, beyninin yarısı yoxdu Fransada 44 yaşlı bir şəxs ayağı ağrıdığı üçün həkimə müraciət etdikdə, tamam fərqli diaqnoz ilə qarşılaşıb. Aparılan müayinədən sonra məlum olub ki, xəstənin beyninin yarısı yoxdu. Bunu eşidən xəstə nə edəcəyini bilməyib. Həkimlərin dediyinə görə, xəstənin beyninin yarısı yoxdu, o biri yarısı isə kiçilib. Həkimlər onun bu qədər müddətdə belə necə yaşamasına inana bilməyiblər.
Araşdırmalardan sonra məlum olub ki, bunun səbəbi xəstənin uşaq olarkən beyninin həddindən artıq su itirməsi olub. Sonrakı 30 il ərzində isə beyin suyu itirərərək 50-70 % arasında kiçilib. Onun bu müddətdə yaşamasının səbəbi isə beynin özü-özünü yeniləməsi olub. Məhz bu məqam da hər kəsi təəccübləndirib.
Beynin əsas funksiyalarını yerinə yetirən hissəsi tələf olsa da, xəstə hal-hazırda hər kəs kimi normal bir həyat yaşayır. Lakin bu hadisə beynin önəmli bir orqan olub olmaması ilə bağlı ciddi mübahisələrə səbəb olub.
atv.az
Вернуться назад