DataLife Engine > maraqli > Dünya bu qeyd dəftərindən danışır

Dünya bu qeyd dəftərindən danışır


30-01-2019, 10:19. Разместил: heqiqet Dünya bu qeyd dəftərindən danışır ABŞ Venesuelanın PDVSA neft şirkətinə sanksiya tətbiq edib.
Sanksiya prezidentin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton tərəfindən Ağ Evdə elan olunub.
Lakin onun çıxışından çox əlində tutduğu qeyd dəftərində yazılanlar diqqət çəkib. Belə ki, dəftərdə "5 min əsgər Kolumbiyaya” sözləri yazılıb. Bu sözlər ictimaiyyətdə müzakirəyə səbəb olub.
Kolumbiyanın xarici işlər naziri Trujillo bu müzakirələrdən sonra paytaxt Boqotada kameralar qarşısına keçərək açıqlama verib. O, Boltonun əlindəki qeydin səbəbi və əhatə dairəsini bilmədiyini deyib. Nazir Kolumbiyanın ABŞ hökuməti və xalqı ilə dostluq və əməkdaşlıq münasibətlərində olduğunu, ikitərəfli və qlobal mövzularda birgə işləməyə davam edəcəklərini bildirib.
Вернуться назад