DataLife Engine > maraqli > 103 yaşını iş başında qeyd etdi - VİDEO

103 yaşını iş başında qeyd etdi - VİDEO


22-10-2015, 10:31. Разместил: heqiqet 103 yaşını iş başında qeyd etdi - VİDEO Amerikalı Merri Kotter 103 yaşını iş yerində həmkarları ilə birlikdə qeyd edib.
Öz doğum günü ziyafətində belə işi bir kənara qoymayan Merri gələn qonaqlara öz əlləri ilə qulluq edib.
ABŞ-da təqaüd yaşı 62 olsa da daha çox gəlir əldə etmək istəyənlərə 65 yaşadək işləməyə icazə verilir. Amma Merri az qala 50 ildir ki, bu qanuna riayət etmir. Təqaüd yaşı çoxdan keçsə də işsiz qalmayan amerikalı 103 yaşında belə istirahət haqqında fikirləşmir. Tək yaşayan qadın həftədə 5 dəfə könüllü kimi işlədiyi qocalar mərkəzinə gəlir.
25 ildir bu mərkəzdə çalışan Merrinin həyat tarixçəsi isə bir-birindən fərqli peşələrlə doludur. O, ötən əsrin 30-cu illərində üzgüçülüklə məşğul olub, daha sonra bu sahə üzrə müəllim işləməyə başlayıb.


Вернуться назад