60 ildir həşəratlarla bir evdə yaşayır
3-11-2015, 17:54. Разместил: admin
Yer kürəsində insanların böyük əksəriyyəti arılardan uzaq durmağa çalışır.Amma Çinin Vanyuan şəhərində yaşayan Tsenq ailəsi belələrindən deyil. 60 ildir bu həşəratlarla eyni damın altında, hətta eyni otaqda yaşayan ailə üzvləri bu qeyri-adi harmoniyadan narahat olmadıqlarını deyirlər.
Mənzilin tavanından 12-yək arı yuvası sallanıb. Minlərlə arı çöldə çiçək axtarışına çıxsa da, müəyyən vaxt sonra yenindən bu damın altına, öz komalarına çəkilir. Arı yuvasına yaxın düşəndə onların aqressivləşdiyi və dərhal hücuma keçdiyi hər kəsə məlumdur. Amma bu evin sakinləri arıdan ziyan görmədiklərini deyirlər.
3 nəsildir bu arılarla eyni mənzildə yaşadıqlarını deyən Tsenq uşaqlıqdan arılarla oynamağı çox sevdiyini bildirib. Arılara olan sevgisi o qədər artıb ki, onları evdən qovmaq əvəzinə, bu həşəratlarla birgə yaşamağa davam etmək qərarına gəlib. Arılar da Tsenq və ailəsinin bu nəcibliyinə laqeyd qalmır. Hər il azı 5 kiloqram bal topladıqlarını deyən çinli, arıçı olmasa da, onunla otaq yoldaşı olan arılara qayğı göstərdiyini gizlətmir.
Вернуться назад