DataLife Engine > maraqli > İnsanların gözü qarşısında minarədən belə yıxıldı - VİDEO 18+

İnsanların gözü qarşısında minarədən belə yıxıldı - VİDEO 18+


6-11-2015, 10:49. Разместил: heqiqet İnsanların gözü qarşısında minarədən belə yıxıldı - VİDEO 18+ Malayziyanın paytaxtı Kuala-Lumpurda bir adam minarədən yıxılıb.
Onlarla adam Kuala-Lumpurdakı məscidlərdən birinin ətrafında toplaşıb. Lakin niyyət heç də ibadət etmək olmayıb. Onlar gənc bir adamın təhlükəsizlik vasitələri olmadan məscidin divarı ilə minarəyə çıxmasına baxırdılar. Şahidlərin çoxları bunu videoya da çəkiblər.
Lakin naməlum adam yolun yarıdan çoxunu qət edəndən sonra qəfildən tarazlığını itirib və təxminən 21 metr hündürlükdən yıxılıb. Yerli mətbuat yıxılan adamın sağ qaldığını, lakin çoxlu ağır xəsarətlər aldığını, əl və ayaqlarının sındığını yazır. Bundan başqa, həmin şəxsin psixoloji problemlərinin olduğu da deyilir.


Вернуться назад