“Google” mesaj proqramı hazırlayır
24-12-2015, 10:28. Разместил: heqiqet
Internet nəhənginin planına görə, yeni tətbiqdə sual vermək və internetdə tapılmış informasiya əsasında sualı cavablandırmaq üçün xüsusi funksiya əlçatan olacaq.
Bununla belə, proqramın əsas təyinatı mətn mesajlarının göndərilməsi və qəbulu olacaq. “Google”un yeni xidmətini təqdim edəcəyi tarix məlum deyil.
Məlumat üçün bildirək ki, dünyada təqribən 2 milyard insan mətn mesajlarının göndərilməsi proqramlarından istifadə edir.
Вернуться назад