Həyətə düşən yırtıcı ev sahiblərinə qorxulu anlar yaşatdı
22-04-2015, 19:29. Разместил: heqiqet

Vəhşi quş yaralı halda həyətə düşərək ev sahibini xeyli həyəcanlandırıb.
Ağstafanın Poylu kənd sakini Adil Balayev əvvəlcə bala qartalın ev quşlarına hücum etdiyini düşünsə də, ona yaxınlaşarkən canlının qanadının zədəli olduğunu görüb.
Kənd sakini yaralı yırtıcı quşu tutub və on günə yaxındır həyətində bəsləyir.
A.Balayev əsasən ətlə qidalanan quşu sağaldıqdan sonra təbiətə buraxmaq fikirindədir.
Вернуться назад