DataLife Engine > maraqli > Dünyanın ən iri çəhrayı brilyantı rekord qiymətə satıldı

Dünyanın ən iri çəhrayı brilyantı rekord qiymətə satıldı


18-05-2016, 09:12. Разместил: heqiqet Dünyanın ən iri çəhrayı brilyantı rekord qiymətə satıldı 15,38 karat çəkisində olan dünyanın ən iri "Unique Pink" (“Unikal Çəhrayı”) çəhrayı brilyantı Cenevrədə “Sotheby's” hərracında rekord qiymətə - 31,5 mln dollara satılıb.
Bu barədə hərracın təşkilatçısı Devid Bennet bildirib.
“Bu yeni dünya rekordudur... Bu indiyədək çəhrayı brilyanta görə verilən ən böyük məbləğdir”, - deyə Bennet bildirib. Onun sözlərinə görə, nadir brilyantın alıcısı Asiya ölkələrinin birindən fərdi şəxsdir.
Qeyd edək ki, brilyant “Sotheby's” hərrac evi tərəfindən 28-38 milyon dollar dəyərində qiymətləndirilib.
Həmin brilyant 5 il əvvəl Cənubi Afrikada mədənlərin birində aşkarlanıb. ABŞ-ın “Cora International” şirkəti (Nyu-York) tərəfindən satışa çıxarılıb.

Вернуться назад