1 gün boyunca nə yeməliyik? – Qidalanma tövsiyəsi
25-08-2016, 11:24. Разместил: heqiqet
Gecəni ağlı başında bir sistem ilə keçirmək üçün bütün günü yaxşı keçirtməliyik.
- Səhər yeməyindən əvvəl 1 stəkan ilıq su içmək ardından da bir miqdar soyuq su içmək həzm sisteminizin düzgün çalışmasına yardım edəcək. Həzm sisteminin də düzgün çalışması çəkiyə nəzarəti yaxşılaşdırır.
- Səhər yeməyində karbohidrat, protein, yağ baxımından balanslı bir menyu yaradın. Səhərdən etibarən təkyönlü yemək həm iştahaya nəzarəti çətinləşdirər, həm də maddələr mübadiləsinin sürətini zəiflədər.
- Gün içində səhər, günorta, axşam 3 dəfə qidalanmalısınız. Və əsas yeməkləriniz sırasında ət qrupu yeməkləri, buğda çörəkləri, süd-qatıq məhsulları və tərəvəz qrupu yeməklərdən mütləq olmalıdır. Yeməklərdə çiy tərəvəz və salat yeməyi də unutmayın. Salatlara zeytun yağı da əlavə edin.
- Yeməkdən sonra şirniyyat ehtiyacınızı qarşılamaq istəyirsinizsə, meyvə yeyin.
- Gecə evinizdə artıq istirahət saatları başlandığında bol su yanınızda olmalıdır və qurtum-qurtum zövq alaraq için.
- Gecə atışdırmalarını yavaş-yavaş ləzzətlə yeməlisiniz.
Axşam yeməkdən sonra karbohidrat, protein, yağ baxımından balanslı yeyin.
Gecə yemək üçün nümunələr:
1 pendir + 2 buğda çörəyi + cəfəri + pomidor + təzə meyvə
1 ovuc fındıq + 2 ovuc təzə meyvə
5-6 ədəd tam qoz + 2 ovuc təzə mövsüm meyvəsi
1 stəkan ləbləbi + 3-4 ədəd qoz + 1 ovuc təzə meyvə
3-4 ədəd qoz + 2 yemək qaşığı quru meyvə + 1-2 ovuc təzə meyvə
20 ədəd badam + 1 ovuc təzə meyvə + 2 yemək qaşığı quru meyvə
1 stəkan süd _+ 3-4 yemək qaşığı yulaf əzməsi + 1 ovuc təzə meyvə
1 stəkan süd + 2 yemək qaşığı yulaf əzməsi + 3-4 ədəd qoz + 1 ovuc təzə meyvə
1 stəkan qatıq + 1 ovuc cəfəri yarpağı + 1 stəkan ləbləbi + 1 ovuc təzə meyvə
1-2 stəkan ayran + 1 stəkan ləbləbi + 1 ovuc meyvə
Gecələr kök, turp kimi tərəvəzləri çiy olaraq yemək maddələr mübadiləsini sürətləndirir, immuniteti gücləndirir.
Вернуться назад