Azərbaycanlı proqramçı "Skype"a rəqib yaratdı
16-06-2015, 14:36. Разместил: heqiqet
ABŞ-da fəaliyyət göstərən həmyerlimiz Şahin Axundzadə uğura imza atıb.Ş.Axundzadənin təsisçisi olduğu “Powerful Pall” şirkətinin tərkibində “Neeo” adlı messencer proqramı yaradılıb. Bu proqram ani sinxron tərcüməyə malik mesajlaşma proqramıdır.
Məlumata görə, “Neeo” messencerinin başqa “Android” əlavələrdən fərqləndirən cəhəti ondan ibarətdir ki, yazılan hər mesajların istənilən dilə ani sinxron tərcümə etmək bacarığıdır.
“Neeo” messencer əlavəsi artıq 6 aydır ki, “App Store”də və “Android” istifadəçiləri üçün “Play Market”də pulsuz yükləmələr sırasında istifadəçilərin xidmətinə verilib.
Məlumat üçün bildirək ki, artıq illərdir fəaliyyət göstərən “Skype” kimi böyük bir şirkət “Neoo” messencerin malik olduğu sinxron tərcümə bacarığını hələ yeni tətbiq etmək qərarına gəlib.
Bundan başqa, “Neeo”nun istifadəçiləri öz aralarında dünyanın istənilən nöqtəsində pulsuz danışıqlar da aparmaq imkanına malikdirlər.
“Neeopal” şirkətinin direktoru Tural Axundovun rəhbərliyi ilə “Neeo” messencerə yeni imkanlar əlavə edilməsi yolunda işlər davam etdirilir. O bildirib ki, “Neeo” messencerdən artıq dünyanın 101 ölkəsində istifadə olunur. Bu messencerin rəsmi təqdimatı isə bu ilin noyabr ayında Nyu-York şəhərində keçiriləcək.
Şirkət haqqında əlavə məlumatı www.powerfulpal.com/pal.html və www.neeopal.com saytlarından əldə etmək olar.
Вернуться назад