Tiflisdə “Şəhriyar gecəsi” keçirilib
15-03-2017, 13:39. Разместил: heqiqet
Tədbirdə İranın Gürcüstana təyin olunan yeni səfiri Seyid Cavad Şəhidi, səfirliyin Mədəniyyət Mərkəzinin rəhbəri Müctəba Kamranfərd, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və Gürcüstanın İranşünas alimləri, həmçinin fars dilini öyrənən gürcü və azərbaycanlı tələbələr çıxış edərək görkəmli şairin həyat və yaradıcılığı və “Şəhriyarın fars ədəbiyyatında rolu” haqqında fikirlərini bildirib, şairin qələmə aldığı şeir nümunələrinin gürcü dilinə tərcümə olunmasından danışıblar.
Tədbirdə tələbələr görkəmli şairin gürcü və Azərbaycan dilinə tərcümə olunan şeirlərini söyləyiblər.
Вернуться назад