DataLife Engine > medeniyyet > Əslində "Titanik"də Leonardo deyil, o çəkilməli idi

Əslində "Titanik"də Leonardo deyil, o çəkilməli idi


4-12-2017, 19:24. Разместил: heqiqet Əslində "Titanik"də Leonardo deyil, o çəkilməli idi Bu il məşhur “Titanik” filminin çəkilməsindən 20 il ötür.
Bununla bağlı ekran işinin qəhrəmanlarından biri olan aktrisa Keyt Uinslet verilişlərdən birində maraqlı açıqlama verib.
O, filmdə tərəf müqabilinin aktyor Leonardo Dikaprio deyil, Metyu Makkonexi olmalı olduğu bildirib:
"Bunu ilk dəfədir deyirəm. Əslində çəkilişlərə Metyu ilə başlamışdım. Filmi çəkən "Paramount" şirkəti Cek obrazında Makkonexini seçsə də, rejissor Ceyms Kameron həmin rolda Leonardonun olmasını israr edirdi. Nəhayət istəyinə də nail oldu. Düşünürəm ki, Metyu ilə Cek və Rouz cütlüyü bu qədər sevilməzdi".
Qeyd edəki ki, "Titanik" 1997-ci ildə çəkilib.

Əslində "Titanik"də Leonardo deyil, o çəkilməli idi
Вернуться назад