Coşqun Rəhimov 7 saatda 3 əməliyyat keçirib - VİDEO
18-01-2018, 11:38. Разместил: heqiqet Əməliyyat olunan əməkdar artist Coşqun Rəhimovun səhhətindən xəbər var. Aktyorun 7 saat davam edən 3 əməliyyatı uğurla başa çatıb. Bu barədə “Bu şəhərdə”nin sosial şəbəkədəki səhifəsində xəbər verilib. Aktyorun əməliyyatdan sonrakı görüntüləri sosial şəbəkədə paylaşılıb. Yenicə narkozdan ayılan C. Rəhimov özünü yaxşı hiss etdiyini bildirib.