Heydər Əliyev Sarayı tətil günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqramla sevindirəcək
22-02-2018, 11:38. Разместил: heqiqet
Martın 24-də Sarayın səhnəsində “Bayramlar gözəli, Novruz bayramı” adlı möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirdəcəklər.
Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və muasir rəqsləri, illuziya şousunu, musiqili qonaqların çıxışını və ilk dəfə olaraq səhnədə kəndirbazın çıxışını izləyə biləcəklər.
Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat təşkil edir.
Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
Вернуться назад