Yemək festivalı İçərişəhərə qayıdır
17-05-2018, 10:15. Разместил: heqiqet
Festival 15 iyunda başlayır və 1 iyul tarixinə qədər davam edəcək. Paytaxtımızın 20-dən çox restoran və kafesi sevdiyiniz yeməklərdən əlavə, tədbirə uyğun xüsusi menyuları təqdim edəcəklər.
Qastronomik bayram İçərişəhərin Qoşa Qala ərazisində keçiriləcək. Hər gün saat 11:00-dan 23:00-a qədər davam edəcək festival, qurmanlar üçün maraqlı proqram ilə təşkil olunacaq: müxtəlif viktorinalar, master klaslar, uşaqlar üçün əyləncə, atmosferə uyğun musiqi və DJ setləri.
Festivala giriş pulsuzdur, belə ki qonaqlar aşpazların hazırladığı dünya mətbəxinin yeməklərini dadmağa əla fürsət qazanacaqlar.
Вернуться назад