DataLife Engine > medeniyyet > Milli Musiqi Günü münasibətilə Milli Konservatoriyada konsert proqramı təqdim olunub

Milli Musiqi Günü münasibətilə Milli Konservatoriyada konsert proqramı təqdim olunub


18-09-2018, 17:11. Разместил: heqiqet Milli Musiqi Günü münasibətilə Milli Konservatoriyada konsert proqramı təqdim olunub Azərbaycan Milli Konservatoriyasında 18 sentyabr - Milli Musiqi Günü münasibətilə konsert proqramı təqdim olunub.
Çıxış edən konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu söyləyib. Görkəmli bəstəkarın zəngin həyat və yaradıcılığından danışmaqla yanaşı, onun milli Azərbaycan musiqisinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev bayram münasibətilə musiqisevərləri təbrik edib, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasındakı rolundan bəhs edib.
Sonra Azərbaycan Milli Konservatoriyasının tələbə orkestri və tələbə xoru konsert proqramı ilə çıxış edib.
Вернуться назад