DataLife Engine > medeniyyet > Yoluxma dinamikası düşərsə, teatrlar açıla bilər - Nazir

Yoluxma dinamikası düşərsə, teatrlar açıla bilər - Nazir


11-03-2021, 13:25. Разместил: heqiqet Yoluxma dinamikası düşərsə, teatrlar açıla bilər - Nazir Yoluxma dinamikası düşərsə, teatrlar açıla bilər.
Bunu Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, teatrların fəaliyyəti ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparılır:
"Pandemiya ilə bağlı dinamika hər zaman nəzərdən keçirilir və təbii ki, Mədəniyyət Nazirliyi də bununla bağlı sorğular ünvanlayır və hələlik müzakirələr davam edir. Dinamika əlbəttə ki, aşağı düşdüyü halda, teatrlar açılacaq. Ümüd edirik ki, mövsümün sonuna kimi bu baş verəcək. Əlbəttə, teatrlar açılsa, orada müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Əsasən, də sosial məsafənin qorunması...".
Вернуться назад