DataLife Engine > medeniyyet > Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq monotamaşalar festivalında iştirak edəcək

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə beynəlxalq monotamaşalar festivalında iştirak edəcək


Bu gün, 20:53. Разместил: heqiqet

Naxçıvan Dövlət Kukla Teatrı ilk dəfə olaraq Türkiyənin Van şəhərində keçiriləcək III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək.

Teatrdan bildirilib ki, sentyabrın 22-dən 28-dək keçiriləcək festivalda Naxçıvan Dövlət Kukla Teatrı “Killerlərdən Teleqram” və “Səssiz fəryad” monotamaşaları ilə Azərbaycanı təmsil edəcək.

Teatrın beynəlxalq festivalda ilk dəfə iştirakı Naxçıvan teatrının yaradıcılıq imkanlarının beynəlxalq teatr ictimaiyyətinə təqdim olunması baxımından əhəmiyyətli hadisədir. Bu iştirak, eyni zamanda, Azərbaycan teatr sənətinin müasir yaradıcılıq nümunələrinin və milli teatr ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

III Beynəlxalq Monotamaşalar Festivalında müxtəlif ölkələrdən teatr kollektivlərinin və sənət nümayəndələrinin iştirakı nəzərdə tutulur. Festival teatrlar arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq teatr mübadiləsinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.



Вернуться назад