Yeni film rekord gəlir əldə etdi
21-12-2015, 09:57. Разместил: heqiqet 3 gün ərzində "Ulduz müharibələri" filminin büdcəsinə 517 milyon dollar daxil olub.
“Ulduz müharibələri” film silsiləsinin növbəti versiyası “Qüvvələrin Oyanışı” filmi ən çox gəlir gətirən filmlər arasında irəliləməkdə davam edir. Disney şirkətinin açıqlamasına görə, həftəsonu Amerika (ABŞ) və Kanadada debütündən sonra filmin büdcəsinə 238 milyon dollar daxil olub. Bu, rekord göstərici hesab olunur.Dünya üzrə isə, 3 gün ərzində büdcənin 517 milyona çatdığı qeyd edilir.
Rejissor Cey Cey Abrams çəkdiyi filmdə Harrison Ford, Mark Hemil, Kerri Fişer, Adam Drayver, Lyupita Nionqo kimi aktyor və aktrisalar rol ifa edirlər.
Amerika və Kanada kinoteatrlarında əvvəlki rekord “Yura Dövrü Dünyası” filminə məxsus idi. Film iyun ayında 208.8 milyon dollar gəlir gətirmişdi.
Вернуться назад