Bakı Uşaq Teatrı açıq havada tamaşalar verir
23-06-2016, 11:55. Разместил: heqiqet
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, indiyədək tamaşaçılara “Ağıllı Tülkü”, “Fidan və Qoğal”, “Danışan Gəlincik” tamaşaları, “İlluziya şou” təqdim olunub, İntiqam Soltanın və Niyaz Qasımovun aparıcılığı ilə əyləncəli oyunlar nümayiş olunub.
Bundan başqa, İntiqam Soltanın quruluşunda “Şrek və Dostları”, Könül Şahbazovanın quruluşunda isə Elçinin əsəri əsasında “Humayın yuxusu”, Arzu Soltanın “Dələduz siçanlar” tamaşaları da nümayiş olunub.
Nazirlikdən əlavə ediblər ki, yay aylarında açıq havada hər həftə sonu, şənbə və bazar günləri 19:00-dan 21:00-dək Səbail rayonunda yerləşən Xaqani bağında (Malakan bağı) teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunacaq.
Вернуться назад