Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək
25-07-2016, 11:41. Разместил: heqiqet
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vakant yerlər, müsabiqənin aparılması qaydaları haqqında məlumat və elektron ərizə forması nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) “Elanlar” bölməsində avqustun 15-dən sonra yerləşdiriləcək.
Məlumatda qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə 2015/2016-cı tədris ilindən etibarən məktəblərə işə qəbul vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.
Вернуться назад