Azərbaycanda həbsxanada toy: Tofiq Yaqublunun qızı ərə gedir
1-08-2016, 11:14. Разместил: heqiqet
Bu barədə N.Yaqublu sosial şəbəkədə yazıb. O, AXCP-nin həbsdə olan üzvü Seymur Həziylə həyat yollarını birləşdirmək qərarı aldıqlarını bəyan edib.
T.Yaqublu bununla bağlı açıqlama verib. Bildirib ki, nikah mərasimi sabah S.Həzinin məhkumluq həyatı yaşadığı cəzaçəkmə müəssisəsində baş tutacaq. Başqan müavini özü mərasimdə iştirak edə bilməyəcəyini də qeyd edib.
Qeyd edək ki, ötən ilin yanvar ayında Seymur Həzi Abşeron Rayon Məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.
Вернуться назад