DataLife Engine > medeniyyet > Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edəcək


12-08-2016, 17:46. Разместил: heqiqet Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edəcək Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da Şəkidə vətəndaşları qəbul edəcək.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbulda Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyənlər qeyd olunan rayon mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

Вернуться назад