DataLife Engine > medeniyyet > Heydər Əliyev haqqında film 2017-ci ildə prokata çıxacaq

Heydər Əliyev haqqında film 2017-ci ildə prokata çıxacaq


9-09-2016, 12:36. Разместил: heqiqet Heydər Əliyev haqqında film 2017-ci ildə prokata çıxacaq Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin həyatı haqqında film 2017-ci ildə prokata çıxacaq.
Bu barədə filmin prodüseri İqor Lopatenok "RİA Novosti"yə müsahibəsində deyib. O, filmin Torokto kino bazarında tanıdılmasına başlanacağını bildirib: “Heydər Əliyev çox maraqlı taleyi olmuş bir insandır. Çəkilişlər artıq bitib. Hazırda filmin montajı yekunlaşmaq üzrədir. Film 2017-ci ildə prokata buraxılacaq”.
Prodüserin sözlərinə görə, tammetrajlı filmlə yanaşı, 8 seriyalı telefilm də çəkiləcək. İ. Lopatenok filmdə baş rolun ifaçısının adını açıqlamaqdan imtina edib.
Вернуться назад