DataLife Engine > medeniyyet > Gəncədə Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan mətbəxləri nümayiş edilib

Gəncədə Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan mətbəxləri nümayiş edilib


30-09-2016, 18:18. Разместил: heqiqet Gəncədə Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan mətbəxləri nümayiş edilib Gəncə şəhərində Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan mətbəxlərinin yeməkləri nümayiş olunub.
2016-cı il Avropa Gənclər Paytaxtı elan olunan Gəncədə keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Gənclər Festivalı çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistan mətbəxinin yeməkləri təqdim edilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, Gənclər və İdman Nazirliyinin rəsmiləri də iştirak edib. Hər bir ölkənin yeməklərini ilə yanaşı milli musiqi və rəqs nümunələri təqdim olunub.

Вернуться назад