Almaniya kansleri hansı Azərbaycan bəstəkarının musiqisini dinləyir?
18-11-2016, 10:35. Разместил: heqiqet
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə F.Əlizadənin musiqisinin yer aldığı OYAN diski Almaniya kansleri Angela Merkel tərəfindən də əldə olunub.
Məlumatlara görə, məşhur musiqiçi Konstantin Manayev konsertlərin birində F.Əlizadənin “Aşk havası” əsərini ifa etdiyini və A.Merkelin bu əsərdən xoşu gəldiyini deyib. Nəticədə A.Merkel bəstəkarın violonçel musiqisinin yer aldığı OYAN diskini musiqi kolleksiyasına əlavə edib.
Вернуться назад