DataLife Engine > medeniyyet > Səfir: Türkiyənin çətin günlərində Azərbaycan xalqı daim yanımızda oldu

Səfir: Türkiyənin çətin günlərində Azərbaycan xalqı daim yanımızda oldu


23-11-2016, 09:47. Разместил: heqiqet Səfir: Türkiyənin çətin günlərində Azərbaycan xalqı daim yanımızda oldu Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Biz bir birimizlə sevincimizi və kədərimizi bölüşürük. Bunu Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral Bakıda keçirilən “2-ci Türk Filmləri Həftəsi” açılış qalasında deyib.
Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycanı bir birindən uzun illər ayırdılar: "Biz ürəyi bir atan, eyni ananın iki övladıyıq. İki ölkənin bir birinə yenidən qovuşmağının tarixi 25 il oldu. Bu müddətdə biz bir birimizi daha yaxından tanıdıq, anlaşdıq".
Diplomat bildirib ki, iki ölkə arasında tarixi bağları dərinləşdirmək üçün mədəni əlaqələr daha sıx olmalıdır: "Bu festivalda Türk filmləri ilə bir daha tanış olmaq fürsətiniz olacaq. Ürəyi-canı bir olan iki ölkənin mədəniyyət münasibətləri, kino əlaqələri daha yaxşı olmalıdır.”
Вернуться назад