"Bədənimdən iyrənirəm" - Arnold Şvasneqqer
23-12-2016, 10:06. Разместил: heqiqet
Arnold əvvəlki əzələli bədənini itirdiyi üçün təəssüfləndiyini dilə gətirib. O, güzgüyə baxdıqda oradakı əksinin bədənindən iyrəndiyini və “qusmaq” istədiyini bildirib.
Dünya Bodibildinq Çempionu olduğu dövrdə belə bədənini bəyənmədiyini bildirən 69 yaşlı aktyor ayağından aldığı xəsarətdən dolayı uzun müddətdir idmanla məşğul ola bilmir.
“Bu dəhşətdir. Sən əvvəlki tək idman hərəkətləri edə bilmirsən. İstədiyin ərzaqları yeyə bilmirsən. Mən bununla üzləşmək istəmirəm”, - deyə A. Şvasneqqer vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl aktyor ayağında gips ola-ola verilişlərdən birinə qatılıb. Orada ayağının sınmasının yaşla əlaqədar olduğunu bildirib.
Вернуться назад