DataLife Engine > medeniyyet > “Xarı bülbül” Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində

“Xarı bülbül” Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində


17-01-2017, 12:08. Разместил: heqiqet “Xarı bülbül” Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar yeni səhnə əsrərini təqdim edəcək.
Ramiz Duyğunun ssenarisi əsasında hazırlanan “Xarı bülbül” tamaşasında yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaşadığı faciə öz əksini tapacaq.
Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb. 50-yə yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur.
Bir aya yaxındır məşqləri gedən tamaşa yanvarın 19-u və 20-si Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş etdiriləcək.
Вернуться назад