Balakəndə kişi salonunun açılışı üçün yığıncaq edən qadın məhkəməyə verildi
21-08-2020, 09:17. Разместил: heqiqet
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.
İcarədar barəsində Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Вернуться назад