Azərbaycan 44 gün ərzində gücünü dünyaya göstərdi
19-03-2021, 12:49. Разместил: heqiqet
1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Bu, Azərbaycan tarixinin yeni bir mərhələsi idi. Lakin, o illərdə hakimiyyətdə olan insanların səriştəsizliyi, laqeydliyi, siyasi bilik və bacarıqlarının zəif olması ucbatından yenicə müstəqil olmuş dövlətimiz yeni bir hərc-məcliyin, anarxiya və xaosun içərisinə düşdü. Tarixdən də bildiyimiz kimi, dövrün siyasi prosesləri elə bir həddə gətirib çıxardı ki, müstəqlliyimizi itimək təhlükəsi ilə üzləşdik və 1993-cü ilin iyununda isə ölkədə qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə Azərbaycan Xalqı öz xilaskarına üz tutdu və dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev xalqın təkidləri ilə yenidən hakimiyyətə qayıtdı. Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində qısa zaman ərzində demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın tanıdılması, eyni zamanda beynəlxalq layihələrə qoşulmaqla ölkəmizin nüfuzunun artırılması sahəsində böyük uğurlar əldə olundu. Həmin dövrdə ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində fəal xarici siyasət həyata keçirdi.Onu da qeyd edim ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər olunmuşdur.
Açıqlamasında 1995-c ilin mart hadisələrini xüsusilə vurğulayan Tamam Cəfərova bildirib ki, 26 il öncə baş verən bu hadisələr silahlı qiyam kimi qiymətləndirilməlidir. Dövlət çevrilişinə cəhd edən qeyri - qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə, heç bir nəticə vermirdi. Məs belə bir şəraitdə ulu öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısını aldı. 15 mart 1995-ci il tarixində ulu öndər Heydər Əliyev XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etmişdir. Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə, qanuni hakimiyyətə birmənalı dəstəyi qiyamın baş tutmamasının əsas səbəbidir.
Azərbaycanın bütövlüyünün qorunması ulu öndər Heydər Əliyevin tarixi missiyasıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.
26 il əvvəl Xalq-Dövlət –Ordu həmrəyliyi nəticəsində anarxiya, xaos və qardaş qırğının qarşısı alındı. Dövlətçiliyimizin təməlləri daha da möhkəmləndirildi. 26 il sonra isə bu həmrəylik, bu sarsılmaz birlik “Vətən Müharibəsi” zamanı gücünü bir daha sübut etdi. Azərbaycan Xalqı, Prezident, Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşdi. Xalq-Dövlət-Ordu birliyinin nəticəsində Azərbaycan tarixi torpaqlarını işğaldan azad etdi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, 1995-ci il mart hadisələrindən danışarkən, böyük, güclü, bütöv Azərbaycanın tarixinə nəzər yetirmiş oluruq. Bəli bu gün Azərbaycan torpaqlarını düşmən işğalından azad etmiş, gücünü bütün dünyaya sübut etmiş və bunu 44 günlük qısa bir müddət ərzində etmişdir. Bütün bunlarla yanaşı, tariximizi unutmamalı, yaddaşımızı hər zaman oyaq saxlamalıyıq. Həmin dövrdə baş vermiş hadisələri, onların səbəb və nəticələrini yaxşı təhlil etməli və tarixdən dərs götürməliyik.
44 gün davam edən Vətən Müharibəsi Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələndi. Bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirən Azərbaycan xalqıöz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mənfur düşmənə öz sarsılmaz gücünü göstərdi.Bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi, uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolunun olduğudanılmaz faktdır.Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrilərək yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədəböyük siyasi iradə ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi.Vətən müharibəsinin ən böyük əhəmiyyəti doğma torpaqlarımızın işgaldan azad edilməsi, düşmənin torpaqlarımızdan qovulmasıdır.
Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qazandığı Zəfərlə müstəqil Azərbaycan dövləti: Özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmişdir, ərazi bütövlüyünü təmin etmişdir, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir,ölkədə möhtəşəm birliyə nail olmuşdur, BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsini təmin etmişdir, dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir, Ermənistan Respublikasına, daha çox isə erməni xalqına xəyalpərəst yuxudan ayılmaq, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yaratmışdır. Vətən müharibəsində tarixi qələbəmizin ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyəti vardır. Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi ilə reallaşan layihələrin davamı olaraq ölkədə çoxşaxəli əhəmiyyətə malik dəmir yol infrastrukturun bərpası artıq başlamışdır.
Başda Ali Baş Komandan olmaqla xalqımızı Bahar bayramı və böyük qələbəmiz münasibətilə təbrik edirəm.
Вернуться назад