DataLife Engine > --- > Şəhidlərimizin canlarını fəda etdikləri torpaqlarda bu gün quruculuq-abadlıq işləri həyata keçirilir

Şəhidlərimizin canlarını fəda etdikləri torpaqlarda bu gün quruculuq-abadlıq işləri həyata keçirilir


27-09-2024, 13:19. Разместил: heqiqet Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə, erməni faşizminə son qoyuldu. 44 günlük Vətən müharibəsi həmçinin bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. 44 gün ərzində Azərbaycana ən böyük dəstək verən ölkə qardaş Türkiyə oldu Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəylik nümayiş etdirdi. Əldə edilən tarixi zəfər münasibəti ilə orden və medallar təsis edildi. Yeni medal və ordenlərin Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümü idi. Eyni zamanda Vətən müharibəsi şəhidləri və qazilərinin bütün ehtiyacları dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur. Bununla yanaşı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır. Təbii ki, Vətən müharibəsində xalqımızın milli birliyin və Vətən uğrunda savaşın rəmzi – “Dəmir yumruq” hamı üçün bir güc simvoluna çevrildi. Çünki II Qarabağ Müharibəsi zamanı Azərbaycanın bütün potensialı səfərbər olunmuş və ölkədə milli həmrəylik mühiti təmin olundu. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi.
Şəhidlik elə bir zirvədir ki, o zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Mənfur Ermənistanın əssasız ərazi iddiaları üzündən Azərbaycan xalqı tarix boyu şəhid vermiş, həyata keçirilən tədbirlər nəticəsində neçə-neçə oğullarımız öz sağlamlığını itirmişdir. Erməni daşnaqlarının torpaqlarımızı işğal eləməklə yanaşı Ordumuza və sıravi vətəndaşlara qarşı həyata keçirdiyi əməliyyatlar dözülməz hal almaqla bərabər işğal altında olan torpaqların azad edilməsini şərtləndirirdi. 2020-ci ildə başlanılan əməliyyatların müsbət sonluğu kimi Müzəffər Azərbaycan Ordusu qələbə qazandı və bu qələbə ilə Azərbaycan öz suverenliyini təmin etdi.
Müharibə ağrısız, acısız və itkisiz olmur. Azərbaycan Ordusunun qəhrəman oğullarının qanı bahasına əldə olunan Qələbəni qeyd etməklə yanaşı şəhidlərimizi də heç zaman unutmalı deyilik. Hökumətin bu istiqamətdə atdığı addımlar sözün həqiqi mənasında təqdirəlayiqdir. Cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Belə bir günün təsis olunması şəhidlərin ruhuna göstərilən etimaddan irəli gəlir. Bununla yanaşı vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması da Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Cənab Prezident 27 sentyabr 2020-ci il tarixində xalqa müraciətində bildirirdi ki, “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. ,
Bütün bunların fonunda bu gün əminliklə deyə bilərik ki, şəhidlərimizin ruhu şaddır. Onların canlarını fəda etdikləri torpaqlarda bu gün quruculuq-abadlıq işləri həyata keçirilir. Uzun illər öz elindən-obasından qaçqın və köçkün düşən soydaşlarımızın həsrətinə son qoyulur. Artıq yeni dövr yazılır və dövrü yazanların tökülən hər damla qanı qarşısında baş əyirik.


Вернуться назад