DataLife Engine > sehiyye > Ağcaqanaddan qorunmaq üçün təbii dərmanlar hazırlayaq!

Ağcaqanaddan qorunmaq üçün təbii dərmanlar hazırlayaq!


30-06-2015, 18:31. Разместил: heqiqet Ağcaqanaddan qorunmaq üçün təbii dərmanlar hazırlayaq! Yay həm də ağcaqanadların fəslidi. Müxtəlif üsullarla evdən onları qovmağa çalışırıq. Satışdakı müxtəlif maye və maye üsullu dərmanlar var. Sağlam yaşam tərzinə üstünlük verən adamlar bu dərmanlardan narahat olurlar. Çalışmalıyıq ki, ağcaqanadları təbii üsulla otaqlardan uzaqlaşdıraq. Satışdakı ağcaqanad qovma üsulları hər biri kimyəvi qatqılı dərmanlardan ibarətdi . Otağın havası kimyəvi dərmanla zəhərlənir, həm də bizim zəhərli oksigenlə tənəffus etməyimizə səbəb olur. Aldığımız oksigen birbaşa qana sorulduğuna görə qanımızda zəhərlənmə təhlükəsi artır. Əsasən də evdə körpə uşaq varsa, bu lap cox zərərlidi. Bu dərmanların limonlu, çiçəkli, bəzən qoxusuzu var, amma əgər ağcaqanadı öldürmək gücünə malikdirsə, deməli, insan orqanizminə də ziyanlı ola bilər. Ağcaqanadlar bu qoxuya qaçıb canlarını qurtarırsa, biz niyə qaçmayaq? Bəs sağlam nəfəs almağımız üçün təbii ağcaqanad dərmanı necə hazırlanır? Ağcaqanadlar okaliptus, nanə, limon qoxularına gəlməzlər. Ona görə də dükandan, aptekdən aldığınız kimyəvi maye dərmanın qabını boşaldıb, içini yaxşıca yuyun, qurudun və yerinə okaliptus, nanə ya limon yağı töküb, enerji ilə birləşdirin. Yaxud enerji işləyən quru dərman qutusuna bir neçə damcı bu yağdan birini damcıladın . Yaxud evdə stolun üzərinə nimçədə limon, nanə, reyhan qoya bilərsiniz. Gecə ağcaqanad uşağa dəyməsin deyə nanə- cövhəri onun əlinə-ayağına sürtün. Bununla biz ozümüzü həm kimyəvi dərmandan qorumuş oluruq, həm də otaqdan gözəl ətir qoxusu gəlmiş olacaq.
Вернуться назад