DataLife Engine > sehiyye > Alimlər diabetin inkişaf riskini azaltmaq üsulları haqqında

Alimlər diabetin inkişaf riskini azaltmaq üsulları haqqında


12-04-2017, 12:43. Разместил: heqiqet Alimlər diabetin inkişaf riskini azaltmaq üsulları haqqında Çin və Britaniya həkimləri təzə meyvə yeməklə diabetin inkişaf riskinin və bu xəstəliklə bağlı ağırlaşmaların azalması arasında əlaqəni aşkar edən tədqiqat aparıblar. Onlar tədqiqatın nəticələrini “PLOS Medicine” nəşrində dərc ediblər.
Alimlərin gəldiyi qənaət bundan ibarətdir ki, adamlar nə qədər çox meyvə yeyiblərsə, bir o qədər də az diabetə tutulublar. Məsələn, rasionunda təzə meyvə olan adamlarda diabet olmaq riski 12 faiz azalıb. Diabetdən əziyyət çəkən və meyvə yeyən xəstələrdə isə ölüm ehtimalı 13-28 faiz azalıb.
Alimlərin fikrincə, indiyə qədər heç kəs təzə ərzaq məhsullarından istifadə edilməsi ilə diabet arasında qarşılıqlı əlaqəni tədqiq etməyib. İlk dədə onlar müvafiq məsələni araşdırıblar. Tədqiqata Çinin 500 mindən çox sakini cəlb edilib.
Вернуться назад