Anoreksiya xəstəsi: "Bədənimə işgəncə verirdim"
24-04-2015, 20:31. Разместил: heqiqet

“Girls” filminin ulduzu Zosya Matet anoreksiya ilə uzun müddət mübarizə apardıqdan sonra bu haqda hekayə yazmaq qərarına gəlib. Glamour.ru-da dərc olunan həmin hekayəyə anoreksiya qurbanı olan daha iki qızın danışdıqlarını və psixoloq fikirlərini əlavə edib.
Aile.lent.az anoreksiya qurbanlarının həmin hekayələrini təqdim edir.
Hekayə 1. Zosya Matet
Ta uşaqlıqdan anoreksiyadan əziyyət çəkirdim – yemək pozuntusu yaşayır, üstəlik bulimiya və həddən çox yemək krizlərindən də əziyyət çəkirdim. Heç kim daxilimdə gedən “döyüşdən” xəbərdar deyildi; o, mənim sirrim idi. Mən təkbaşına mübarizə aparmağa çalışırdım. Və ölmədim. Əgər sizin bəxtiniz gətiribsə və belə bir “canavarla” mübarizə aparmamısızsa, icazə verin, necə bir şey olduğunu izah edim.
İlk dəfə mənə kök olduğumu deyəndə 8 yaşım vardı. Əslində kök deyildim, heç vaxt da olmamışam. Ancaq o andan bəri ağlımda məni arıqlamağa təhrik edən bir “canavar” yerləşdi. İçimdəki bu canavar hər geyindiyim geyimin pis yaraşdığını, ya da yediklərimin çox olduğunu deyirdi. Hətta elə vaxtlar olurdu ki, ona uyub saatlarla ac qalırdım, kilometrlərlə qaçırdım. Bir sözlə, bədənimə işgəncə verirdim.
Axşamlar soyuducunun qapısını açıb içinə baxır, daxilimdə özümlə mübarizə aparırdım - “Yeyim, yoxsa yatağıma geri qayıdım?”
Saatlarla soyuducunun ağzını açıb-bağlayır, yeməyi götürür, sonra yerinə qoyurdum. Və artıq 17 yaşım var idi, çox ağrı çəkirdim, ölümü gözləyirdim. Sonda atam mənə kömək etdi, “ölməyinə icazə vermərəm”, - dedi.
Bütünlüklə öz bədənindən razı olan qadınlara çox nadir hallarda rast gəlinir. Hər birimiz zərif və iri sinəli olmaq istəyirik. Kim oluruq, ancaq özümüz olmayaq!
Müalicə zamanı anladım ki, mənim vəsvəsəm çəki və ya yeməklə bağlı deyildi. Müalicə almaq mənim üçün xəstəliyin digər yanı idi. Ancaq indi mənim məqsədim müəyyən bir vaxta kimi kilo almaq idi.
Yedim və yenidən normal görünməyə başladım. Ancaq daxilimdəki “canavarı” heç kim məhkum etmədi. Xəstəxanadan çıxıb sağlam insan kimi normal həyatıma davam etməyə icazə verdilər. Sonra yay tətilinə getdim və yığdığım bütün çəkiləri son nöqtəsinə kimi itirdim. Önə görə ki, özümə işgəncə verməyin səbəbləri ilə baş etməkdə kimsə mənə kömək etmədi.
İndiki halımı ancaq o cür dəyərləndirə bilərəm ki, mən çox ağır asılılıqdan əziyyət çəkirəm və hələ ki, heç bir sağalma prosesində deyiləm.
Narkotik maddə, spirtli içki aludəçiləri üçün xüsusi müalicə proqramı nəzərdə tutulur. Ancaq bizlər üçün deyil. Halbuki bu da bir asılılıqdır.
Qadınlar var ki, gündüz oyandığında güzgüyə baxır və gördükləri ilə mübarizə aparmağa başlayır.
Bəli, bu, xəstəlik olmasa da onun cücərən toxumudur. Anoreksiya və bulimiyadan əziyyət çəkənlərin yalnız onda biri müalicə alır. Ancaq yaşanan psixi pozuntular anoreksiyada daha yüksək ölüm riski daşıyır.
İndi sağlamam, ancaq bilirəm ki, vəsvəsəm həmişəlik mənimlə qalacaq. Ümid edirəm ki, gün gələcək bunun bir yuxu olduğunu düşünəcəm.
Anoreksiyadan əziyyət çəkən insanlar hamıya heç nə yemədiyini deyir, ancaq gizlədiyi bəzi şeylər var.
Əgər yaxınlarınızdan kimsə anidən çox arıqlayıbsa və üstəlik tez-tez isti çay içirsə, təhlükə siqnalını çalın.
Diş fırçalamaq ağız təmizliyi baxımından vacibdir. Ancaq aclıq hissinə qarşı bir vasitədir. Tez-tez dişləri fırçalamaq yemək istəyini öldürür.
Boşqabda yaradıcı qarışıqlıq yaratmaq. Anoreksiya olma təhlükəsi gözləyənlər yemək əvəzinə qabdakı yeməklərini masadakılara paylayırlar.
Hekayə 2. 23 yaş, ad anonimdir
Boyum 167 sm, çəkim 45 kilodur. Heç vaxt arıqlamaq istəməmişəm. Günlərin bir günü özümü xəstəxanada tapdım: menstruasiyam kəsilmiş, bədənimdəki yağ toxumaları tükənmişdi.
Bu, mənimlə necə baş verdi?
Özümü idarə etməyi sevirəm. 19 yaşım var idi, həyatı şən xaos sayırdım və özümlə bağlı çox şeyi idarə edirdim. Son iki il ərzində hər gün tək tip qida yeməyə qərar verdim. Hətta elə günlər olurdu ki, yalnız qatılaşdırılmış süd yeyirdim. Sonra almaya, sonda isə kefirə keçdim. Heç bir ağrı, aclıq hiss etmirdim. Qəfildən 40 kq-a kimi arıqladım.
Anoreksiyadan xilas olmama sevgilim yardım etdi. Bəslənməmi öz nəzarətinə götürdü. İndi fil kimi yeyirəm. Özümü kök hiss etsəm də, şəklə baxandan sonra belə düşünmürəm.
Hekayə 3. Yana Sergeyeva, 25 yaş
Hər şey 2008-ci ildə baş verdi. Universitetdə oxuyurdum. Həyatımda qarşılıqsız sevgi və qəlbimin qırılması ilə nəticələnən cinsi münasibətlərim çox olub. Uğursuzluq yaşayandan sonra yeməkdən tamamilə imtina etdim. Qəhvə içir, siqaret çəkirdim. Özümü bu cür cəzalandırırdım. Arıqlamaq istəmirdim, bu, səhv idi. Özümü hələ də yalnız olduğum üçün günahlandırırdım. 3 il heç nə yemədim və 36 kilo oldum. Saçlarım tökülməyə başladı, dərim qurudu, qançır-qançır oldu.
3 il menstruasiya keçirmədim.
Birdən beynimdə kimsə səsləndi sanki: “Bəsdi!”
Dərhal çoxlu yeməyə başladım və yarım ay sonra 64 kilo aldım. Atletika ilə məşğul oldum və yeməyə düşmən kimi deyil, dost kimi baxmağa başladım.
Moda zərifliyin bəraəti ola bilər, ancaq səbəbi deyil.
Heqiqet.az
Вернуться назад