Bu il 1391 nəfər zəhərlənib
7-09-2017, 15:12. Разместил: heqiqet
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, onlardan 111 nəfər sirkə turşusundan, 165 nəfər dəm qazından zəhərlənmə ilə daxil olub. 244 nəfər dərmanla zəhərlənib ki, onlardan da 103 nəfərində kəskin allergik reaksiyalar baş verib:
“Mart - sentyabr aylarında 4 nəfər qara qurd sancması, 56 nəfər etanolla (spirtli içki) zəhərlənmə, 83 nəfər ilan sancması (əsasən gürzə ilan ilə sancma) diaqnozu ilə xəstəxanaya daxil olub. İlan sancma hallarında 6 nəfər azyaşlı olub, ölüm hadisəsi qeydə alınmayıb. Yanvardan indiyədək 6 nəfər zəhərli göbələkdən zəhərlənib”.
A. Maqsudov qeyd edib ki, müraciətlər əsasən, regionlardan Şamaxı, Hacıqabul , Yevlax, Bərdə, Qazax, Şəmkir, Tovuz, Astara, Lənkərandan olub.
Вернуться назад