DataLife Engine > sehiyye / gundem > Maştağadakı psixatriya xəstəxanası yeni görkəmi ilə heyrət doğurur

Maştağadakı psixatriya xəstəxanası yeni görkəmi ilə heyrət doğurur


11-09-2017, 11:28. Разместил: heqiqet Maştağadakı psixatriya xəstəxanası  yeni görkəmi ilə heyrət doğurur Son illər Azərbaycan səhiyyəsi əsaslı inkişaf yolu keçib. Bu sahədə aparılan sivil islahatlar günün reallığına söykənir. Ölkə əhalisinin tibbi resursları artıq müasir tələblərə tam cavab verir. Bu gün bütün tibb ocaqları günün standartlarına uyğun inkişaf sərgiləyir. Bakının Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixatriya Xəstəxanasındakı hazırkı inkişaf, müasir görkəm bu barədə ürəkaçan fikir deməyə əsas verir.
Bir müddət əvvəl bərbad vəziyyəti ilə diqqət çəkən bu xəstəxanada son illər tibbin ən yeni nailiyyətləri özünü qabartmaqdadır. Bu gün sözügedən tibb ocağındakı mənzərə görənləri sözün həqiqi mənasında heyrətləndirir.Diqqətə çatdıraq ki, biz də vaxtaşırı ruhi xəstələrin müalicə olunduğu bu müəssisədən yazılar dərc etmişik. Bu dəfə hər şeyi yerində canlı müşahidə etmək üçün aidiyyatı xəstəxanada olduq və adıçəkilən xəstəxanadakı müasirlik bizi yenə də öz ağuşuna aldı. Bir daha şahidi olduq ki, son illər burada xeyli yeniliklər həyata keçirilib. Hasara alınmış ərazidən içəri daxil olanda cənnət bir məkana düşdüyümüzü hiss etdik. Burada gül bülbülü çağırırdı, bülbül gülü. Yaşıllıqlar, meyvə bağları, ekzotika dolu bir mənzərə, tamaşa etdikcə doymurduq. Üstəlik, klub binasına bağlanmış radioda oxunan, nostalji hisslər yaradan klassik Azərbaycan musiqiləri bizi bir anlıq keçmiş dövrə apardı, yaşadığımız hisslər qəlbimizdəki hərarəti artırdı. Anladıq ki, bu da rəhbərliyin bir yenilik meyarıdır; yəni xəstəxanadakı cəmiyyət insanları bu tip musiqilərdə bir həyat qaynağı tapmış olurlar.
Vaxtilə insanların “Dəlixana” adlandırdığı bu xəstəxana barədə beynindən “dəli bir fikir” də keçir: Əcəba, belə də “Dəlixana” olar? Şərait müasir, tibbi xidmət yüksək, rəhbərliyin qayğıkeşliyi də ki, əsl məmnunluq doğurur və s. Deməli düzgün rəhbərlik, işə münasibət çox şey deməkdir! Maştağadakı psixatriya xəstəxanası  yeni görkəmi ilə heyrət doğururMaştağadakı psixatriya xəstəxanası  yeni görkəmi ilə heyrət doğururMaştağadakı psixatriya xəstəxanası  yeni görkəmi ilə heyrət doğururMaştağadakı psixatriya xəstəxanası  yeni görkəmi ilə heyrət doğururMaştağadakı psixatriya xəstəxanası  yeni görkəmi ilə heyrət doğururMaştağadakı psixatriya xəstəxanası  yeni görkəmi ilə heyrət doğurur 1 saylı Respublika Psixatriya Xəstəxanasının rəhbəri tibb elmləri namizədi, respublikanın əməkdar həkimi Ağahəsən Rəsulovu kifayət qədər yaxşı tanıyırıq, bilirik ki, çox təvazökardır, işinə tələbkarlığı ürəkaçandır, xəstələrə diqqəti heyranlıq doğurur. Biz ona bu dəfəki gəlişimizdə yeni material hazırlayacağımız barədə heç nə demədik, bəlli idi ki, razılaşmayacaqdı. Çünki özünüreklamdan qaçan kadrdır. Amma aldığımız xoş təəssüratlar bizi susmağa qoymazdı, odur ki, gördüklərimizi yeni ampulada təqdim etdik.
Xəstəxananın həyəti əvvəllər zibil qalaqları ilə dolu olardı. Son illər ərzində burada vəziyyət tamamilə dəyişib, belə ki, xəstəxananın ərazisində 27 min ədəd ağac əkilib, 5 yeni korpus tikilib ki, onların da hər biri iki mərtəbədən, iki şöbədən ibarətdir. Xəstəxananın digər şöbələri isə müasir şəkildə təmir və bərpa edilib. Buradakı azyaşlıların şöbələri isə Azərbaycan-ingilis dostluq cəmiyyəti tərəfindən əsaslı təmir edilib. Və əlbəttə ki, 1 saylı Respublika Psixatriya Xəstəxanasının bugünkü uğurları Səhiyyə naziri cənab Oqtay Şirəliyevin yaratdığı xoş münasibətlərin bir təcəssümüdür. Məhz cənab nazirin təşəbbüs və diqqətinin nəticəsidir ki, bu gün adıçəkilən xəstəxanada işlər beynəlxalq missiya kəsb edir.
Xəstəxananın baş həkiminin qayğıkeşliyi sayəsində həyətdə balıq hovuzu salınıb, 200 ədəd badam ağacı əkilib. Baş həkimin qənaətincə, bu ağaclar elə öz ölkəmizdə yetişdirilsə, daha uyğun olar. Bu mənada, xəstəxananın ərazisində digər ağaclar – 400 ədəd zeytun, alma,armud, albalı, Bakı qaysısı, Almaniyadan gətirilən göyrüş və s. əkilib. Və təbii ki, bu kimi işlər adamda heyrət doğurmaya bilməz. Belə təqdirdə 1 saylı Respublika Psixatriya Xəstəxanasını «Dəlixana» adlandırmağa adamın dili gəlmir.
Avropa Şurası Reablitasiya proqramı əsasında adıçəkilən xəstəxanada müxtəlif dərnəklər yaradılıb, buradla müalicə olunan xəstələr respublika əhəmiyyətli tədbirlərə qatılır, fəal iştirakları, diqqətçəkən əl işləri ilə iştirakçılarda xoş təəssüratlar oyadır və bu bacarıqlarına görə mükafatlar alırlar. Bu da onların cəmiyyətə normal insan kimi adaptasiyasına zəmin yaradır.
Nəzərə çatdıraq ki, Azərbaycanın və bir çox ölkələrin səfirləri, məsul şəxsləri adıçəkilən xəstəxanada olur, burada müalicə olunan xəstə insanlarla təmasa giri və onların cəmiyyət maraqlarının şahidi olur, buradakı şəraitdən razı qalır və bugünkü cəmiyyət quruculuğunda belə işlərin həlledici əhəmiyyət kəsb etdiyini əminliklə vurğulayırlar. Bu da təbii ki, Ağahəsən həkimin peşə sevgisinin bariz nümunəsidir.
Atalar da əbəs yerə deməyib ki, yaxşı iş üz ağardar. Doğrudan da, Ağahəsən həkimin qayğıkeşliyi və diqqət dolu səmimiyyəti rəhbəri olduğu xəstəxananın ucalıq simvoludur.

İlkin Əzizxanoğlu

Вернуться назад