Son 8 ayda 400-ə yaxın şəxs qidadan zəhərlənib
26-09-2017, 16:33. Разместил: heqiqet
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, yanvar-avqust ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər ölüb.
Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.
Avqust ayında əhali arasında 29 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 40 nəfər zərər çəkib. Botulizm hadisəsi baş verməyib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.
Вернуться назад