DataLife Engine > sehiyye > Xızı rayonunda aptek yoxdur - Sakinlər dərman üçün qonşu rayonlara gedirlər

Xızı rayonunda aptek yoxdur - Sakinlər dərman üçün qonşu rayonlara gedirlər


25-10-2017, 17:24. Разместил: heqiqet Xızı rayonunda aptek yoxdur - Sakinlər dərman üçün qonşu rayonlara gedirlər Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür. Belə ki, 16 370 nəfər əhalisi olan rayonda aptek yoxdur.
Məsələ ilə bağlı modern.az saytının əməkdaşı Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra hakimiyyətindən rayonda aptekin olmadığını təsdiqləyiblər.
"Bəli, Xızı rayonunda heç bir aptek yoxdur. İnsanlar dərmana olan ehtiyaclarını Sumqayıtdan və digər yaxın rayonlarda olan apteklərdən qarşılayırlar. Həmçinin, rayon sakinləri dərmanla bağlı Xızı Mərkəzi Rayon Xəstəxanasına müraciət edərsə, onlar müəyyən dərmanlarla təmin olunurlar. Rayonun heç bir yerində gizli dərman satışına da icazə verilmir”.
Вернуться назад