DataLife Engine > sehiyye > Tətildən dönənlər oxusun: depressiyada ola bilərsiniz!

Tətildən dönənlər oxusun: depressiyada ola bilərsiniz!


23-07-2015, 11:51. Разместил: heqiqet Tətildən dönənlər oxusun: depressiyada ola bilərsiniz! Tətil sonrası işə dönərkən özünüzü kefsiz, yorğun, bitkin hiss edir, hər zamanki iş rejiminə uyğunlaşa bilmirsiz, hətta zövq aldığınız işlər sizə bezdirici gəlir? Üstəlik tətildən yeni döndüyünüz halda özünüzü heç dincəlməmiş kimi hiss edirsiz. Yuxusuzluq, iştahasızlıq və çox yorğunluqdan şikayət edirsiz? Bütün bu əlamətlər tətil dönüşü depressiyanın göstəricisidir.
Mütəxəssislər tətilə böyük həvəslə çıxan, işindən məmnun olmayan və stresslə başa çıxmayan insanların tətil dönüşü depressiya yaşadıqlarını deyir.
Tətil dönüşü yaşanan depressiyanın əsas əlamətləri yorğunluq, yuxusuzluq və iştahasızlıqdır. Həkimlər bu əlamətlərin tətildən qayıtdıqdan iki həftə sonra hələ də davam etmə ehtimalının olduğunu deyir. Bundan başqa tətil dönüşü depressiya yaşayanlar əhvalsızlıq, istəksizlik, diqqət dağınıqlığı, zövq almama, eyni işlərdən sıxılma, enerjisizlik yaşayır.
Bu hal iki həftədən çox davam edirsə, mütəxəssis yanına getmək lazımdır.
epressiyanın yaranmasında xarici amillər mühüm rol oynayır. İnsan xarici amillə mübarizə apararkən yorularsa, enerjisi tükənərsə, depressiyaya baş əyir. Paradoksal depressiya insanı tamamən iflic edir və depressiya ilə mübarizə aparmaq imkanı tamamilə yoxa çıxır. Belə halda çıxış yolunu sadəcə həkim tapa bilər.
Bu halda olan insanlara təsəlli kimi deyilən “bir az çalış, özün özünün həkimi ol, iradə göstər” kimi sözlər işə yaramır.
Tətildən qayıtmaq gözəl yuxudan oyanmaq kimidir. Bu da həqiqətən stress oyandırıcı bir haldır. Tətildə gerçək həyatdan qopmaq depressiyaya sürükləyir. İnsanın tətilini necə keçirməsi də ondakı bu depressiya halına təsir edir. Belə ki, tətil zamanı gerçək həyatdan tamamilə uzaqlaşan insan dönüşdə gerçəkliyin acısını daha çox hiss edir.
Uyğunlaşma bacarığı yaxşı olmayan insanlar da bir yerdən o biri yerə gedərkən bu dəyişikliyə uyğunlaşmaqda çətinlik çəkdikləri üçün daha çox əziyyət çəkirlər.
Unutmayın, hər gözəl şey kimi tətilin də sonu var. Buna görə tətil boyunca bunu həmişə ağlınızda saxlayın.

Fərizə Əhmədova
Вернуться назад