DataLife Engine > sehiyye > Bu il Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək

Bu il Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək


10-04-2018, 14:42. Разместил: heqiqet Bu il Azərbaycanın 6 şəhərində yeni xəstəxana tikiləcək 2018-ci ildə Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək.
Bunu səhiyyə turizmi mövzusuna həsr olunan Azərbaycan-Almaniya biznes-forumunda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.
O bildirib ki, son illərdə ölkədə 600-dən çox səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub:
"Bununla da Azərbaycanın hər şəhərində yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün şərait yaradılır".
Bakıda keçirilən biznes-forumda səhiyyə turizmi sahəsində çalışan 130-dan çox şirkətin nümayəndələri iştirak edirlər.
Вернуться назад