DataLife Engine > sehiyye > Tovuzda qadın dərmandan zəhərlənib öldü

Tovuzda qadın dərmandan zəhərlənib öldü


1-10-2018, 13:55. Разместил: heqiqet Tovuzda qadın dərmandan zəhərlənib öldü Tovuz rayonunda yaşlı qadın dərmandan zəhərlənib.
Hadisə rayonun Qovlar qəsəbəsində baş verib.
Qəsəbə sakini Həsənova Ülviyyə Arif qızı evində dərman qəbul edib və həmin dərmandan sonra halı pisləşib.
Qadın Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadın xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад