DataLife Engine > sehiyye > Şəfalı əllər Bakı Bərpa Mərkəzi Klinikasındadır

Şəfalı əllər Bakı Bərpa Mərkəzi Klinikasındadır


28-12-2018, 15:04. Разместил: heqiqet Şəfalı əllər Bakı Bərpa Mərkəzi Klinikasındadır Hörmətli oxucularım!
Əsas mətləbə keçməmişdən əvvəl bir haşiyəyə çıxım.

Bir dəfə həkim ziyalılarımızın birisi ilə söhbət edərkən qeyd etdi ki, mən rus təhsilliyəm, dünyagörüşümə görə özümü kosmopolit sayırdım. Ancaq 20 Yanvar hadisəsi məni qatı millətçi etdi... Mən həmin ziyalı həkimi alqışladım. Bəli, əgər sağalmaq istəyirsənsə öz elinin, obanın həkimlərini ara, axıtar. Tanrı tərəfindən sənə ömründə bir dəfə verilən o şirin canı-canından, qanından olan Azərbaycan həkiminə etibar et. Ona görə ki, sənin dərdinə əlac edən, sənə canı yanan yalnız sənin öz canın, qanın olar...
Məhz belə həkimlərimizdən ikisinin adını qürurla çəkmək istəyirəm – Mahmudov Vüsal və Eyvazov Fərid Elşad oğlu...
Mahmudov Vüsal 1981-ci ildə anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş, 2005-ci ildə buranı müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini davam etdirmək üçün 2006-cı ildə Türkiyəyə Ege Universitetinin ortepediya və travmatologiya şöbəsində uzmanlıq təhsili alıb. 2012-ci ildə burada uzmanlıq dərəcəsini alıb. 2012-ci ildə Türkiyədə beyin iflici xəstəliyi ilə elmi iş müdafiə edib. Türkiyədə, həmçinin Avropada bir neçə elmi məqalələri ilə çıxışlar etmişdi. Təhsilini başa vurduqdan sonra bir çoxlarından fərqli olaraq xaricdə işləmək təkliflərini qəbul etmədi. Doğma Azərbaycanımıza qayıdıb, xalqımıza, dövlətimizə, insanlarımıza xidmət etməyi hər şeydən üstün tutdu. Və bu gün Bakı Medikal Plaza xəstəxanasında işləməyə başlamışdır.
Eyvazov Fərid Elşad oğlu 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1999-cu ildə Suımqayıt şəhər Texniki və Təbiət Elmləri liseyini bitirmiş, elə həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 2005-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdu. Belə bir ifadə var: “Quş qanadla uçar, insan arzu ilə”. Əgər insan öz qarşısına bir məqsəd qoyursa, o məqsədə çatmaq üçün inamla çalışırsa, həmin arzusuna çatır.
Yaxşı həkim hər şeydən əvvəl yaxşı insan olmalıdır. Çünki hər bir uğurlu insan öz içində yaxşı insanı, insanlığı daşımalıdır. Yaxşı insan olmaq, uğurlu həkim olmaq üçün Fərid həkim daimi oxudu, zəhmət çəkdi və inamla bu yolda irəlilədi,
peşəsinin peşəkarı olmağa çalışdı.
2005-ci ildən 2006-cı ilədək o, Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərmiş, 2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında çalışmış, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında işləmişdir. 2013-2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi fəaliyyət göstərmişdir. 2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərmişdir.
Hal-hazırda “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyir.
Hörmətli oxucum!
Yuxarıda sadaladığım titullara nəzər salsaq, demək olar ki, görünən kəndə nə bələdçi.
Belə bir kəlam var: “Övlad şirindir, övladın övladı isə ondan da şirindir”. Bu həkimlərlə ilk tanışlığım qızımın övladı, yəni mənim Eltac adlı nəvəmin sayəsində oldu.
Belə ki, nəvəm Abbasov Eltac yaşadığı Zaqatala rayon İnternat məktəbində pilləkənlərlə hərəkət edərkən yıxılır və diz qapaqları ağır zədələnir. Rayon xəstəxanasına çatdırılan Eltaca yardım göstərilir, müalicə təyin edilsə də, heç bir nəticə verilməmişdir. Dizi getdikcə şişdi və diz qapaqlarına artıq su yığılmışdı. Onlar təcili Bakı şəhərinə gəlməli oldular. Bir neçə xəstəxanada müxtəlif həkimlər müayinə etdilər. Onlar biləndə ki, rayon xəstəxansında nəvəmin dizindən şprislə qan və su çəkilib. Bizi qorxutmağa başladılar. Eltacın ayağının əvvəlki vəziyyətinə qayıdacağı artıq şübhə doğururdu. Getdikcə nəvəmin ağrıları və ayağının şişi çoxalırdı. Bəzi həkimlər məsləhət gördülər ki, təcili xaricə aparın. Sonra gec olar. Bir nəfər dostumun məsləhəti ilə nəhayət, “Bakı Medikal Plaza”da Vüsal doktora müraciət etməli oldum. O, nəvəmi diqqətlə müayinə etdi və nə qədər qəribə olsa da, bir həkim olaraq digər bir həkimin səriştəsizliyindən gileyləndi, özü də haqlı olaraq.
Bizi bir həkim dostuna yönləndirdi və bildirdi ki, əgər bütün müalicələri düzgün yerinə yetirilsə, nəvəniz tezliklə öz əvvəlki aktiv həyatına qayıda biləcək, dizində heç bir xəsarət qalmayacaq. Onu da əlavə etdi ki, qorxmayın, mən bilirəm sizi kimin yanına göndərirəm. Biz vaxt itirmədən Bakı Bərpa Mərkəzinə yollandıq. Klinikanın rəhbəri bizi elə gülərüzlə qarşıladı ki, bir anlıq mənə elə gəldi ki, sanki biz onun doğma, əziz adamlarıyıq. Baş həkim Fərid çox mədəni, savadlı, ən əsası da insanı ürəkdən dinləməyi bacaran, dərdinə şərik olmağa çalışan bir insan idi. Nəvəm Eltaca əsl əmi, dayı qayğısı göstərdi. Hətta biləndə ki, onlar Ağdam rayon sakinləridirlər, daha yaxından, öz doğması kimi maraqlandı. Bu neçə müddətdə qızım Leylanın birinci dəfə idi ki, gözləri gülürdü. Axı Fərid həkim kimi bir insanla qarşılaşmışdı. Hər tərəfli, maddi və mənəvi cəhətdən dayaq oldu bizlərə... Necə sevinməyə bilərdi ki, Eltacın anası...
Belə bir deyim var: “Hər bir insanın işi, (hətta ölüm işi ola belə)” insan adamla düşsün. Biz sözün əsl mənasında İnsan adamla rastlaşmışdıq. Var olsun belə insanlıq...
Onu da deyim ki, klinikaya daxil olduqda orada ab-hava o qədər xoş idi ki, təmiz, işıqlı, hər cür modern tibbi avaşdanlıqlarla təchiz olunmuş, otaqlar və gülərüz həkim və tibb bacıları...
“Hər bir evin içi ən əvvəl çölündən bəlli olar” deyiminə bir daha inandım.
Az müddətdə Eltacın ayağı sağalmağa başladı. Diz qapağının şişi və suyu çəkildi. Bütün bunlar məni həm bir baba və həm də bir vətəndaş olaraq, sevindirdi, qürurlandırdı.
Sevinirdim, çünki nəvəm öz sağlamlığına qayıtmışdı. Qürurlanırdım, çünki Vətənimin, elimin, obamın belə - Vüsal, Fərid kimi oğulları varmış. Başqasının dərdini öz dərdi bilən, ona can yandıran, əlindən gəldiyi qədər kömək edən Fəridlər, Vüsallar nə yaxşı ki, var dünyada. Son vaxtlar tez-tez eşidirik ki, insanlıq qalmayıb. Hər kəs öz işində-gücündədir. Belə deyilmiş, insan da var, insanlıq da... Mən şəxsən Fərid və Vüsal kimi həkimlərin timsalında insanlığın yaşadığına və yaşadıldığına bir daha əmin oldum.
Bir araşdırmaçı jurnalist kimi mənə məlum oldu ki, klinika insanların sağlamlığını və rahatlığını təmin etmək üçün günün 24 saatını hər cür xidmət göstərir, ambulans maşın var, evə çağırış təşkil olunur. Bakı Bərpa Mərkəzi (021) 409-06-66; (050) 303-06-66 nömrəli telefonlar daim xidmətinizdədir. Sağlamlığınızı heç fikirləşmədən bu klinikaya və buranın həkim heyətinə etibar edə bilərsiniz. Hər dəfə bura gəlib-getdikcə doğmalaşdıq bu heyətlə. Bu heyətin hər bir işçisi öz işinin vurğunudur. Bunlardan – travmotoloq-fizoterapevt Tural İsmayılov, uzman Musa Kılıc, revatoloq-fizoterapevt Maral Dadaşova, psixoloq Nuranə Cəfərova, fizoterapevt Azər Ağayev, kordinator Rəna Ağayeva, qeydiyyatçı Zeynalova Sevinc, tibb bacısı Sayana Nəbiyeva və başqalarını göstərmək olar.
Sonda əvvəlki fikrimə qayıdıram ki, əvvəl insan olmaq lazımdır. Elə bir insan ki, onlardan bəhs edərkən nifrət edərək bəhs etməsinlər. Adımızın keçdiyi hər yerdə gülərək təbəssüm etsinlər.
Əziz Vüsal həkim, Fərid həkim və onların heyəti, sizlərə çox minnətdarıq bütün ailəmiz adından. İnsanlığınız, səmimiliyiniz hər kəsə bir nümunədir. Əmin ola bilərsiniz ki, hər birinizin adı çəkiləndə insanlar gülərək təbəssüm edəcəklər. Ürəyinizdən sevgi, gözlərinizdən işıq azalmasın. Və bu sevgidən, bu işıqdan hər bir kəsin ömrünə pay düşsün...
Məhz belə həkimlər haqqında Banu Tülpa demişdir: “Həkim yanar şama bənzər, öz işi ilə başqalarına işıq saçar, özü bu yolda yanar”.
Tanrı sizləri qorusun ki, bizləri də qoruyan olsun, əziz həkimlərimiz!!!

Surxay Şirvanlı

Şəfalı əllər Bakı Bərpa Mərkəzi KlinikasındadırŞəfalı əllər Bakı Bərpa Mərkəzi KlinikasındadırŞəfalı əllər Bakı Bərpa Mərkəzi KlinikasındadırŞəfalı əllər Bakı Bərpa Mərkəzi KlinikasındadırŞəfalı əllər Bakı Bərpa Mərkəzi KlinikasındadırŞəfalı əllər Bakı Bərpa Mərkəzi Klinikasındadır
Вернуться назад