DataLife Engine > sehiyye > Ad gününüz mübarək, Mehriban xanım!

Ad gününüz mübarək, Mehriban xanım!


24-08-2020, 09:36. Разместил: heqiqet Ad gününüz mübarək, Mehriban xanım! Avqustun 26-da Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür.
1990-cı illərin ortalarında Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) "Azərbaycan-İRS" jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə - musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb.
Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir.
Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirmək, layihələrin miqyasını genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar cəlb etmək imkanı verir.
Azərbaycan mədəniyyətinin populyarlaşdırılması və təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ iyulda yenidən bütün dünyadan olan çoxsaylı qonaqları növbəti Beynəlxalq Musiqi Festivalında qəbul edib.
Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir. Fond, həmçinin dünyanın məşhur mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliyə malik Nəsirəddin Tusinin "Əxlaqi-Nasir" əsərini latın qrafikasında yenidən nəşr etdirib, "Azərbaycan" kitab-fotoalbomu və əksər türk ölkələrində populyar olan "Qabusnamə" kitabının rus variantını hazırlayıb, "Azərbaycan muğamı" multimedia məcmuəsi və "Muğam dünyası" kitabını buraxıb. Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi çərçivəsində "İntizar" operasının yeni quruluşda premyerası keçirilib.
Fondun başqa ölkələrdə nümayəndəlikləri var və Azərbaycandan kənarda da bir çox layihələri uğurla həyata keçirir. Belə ki, 2010-cu ilin iyununda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum keçirilib.
Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərib. İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" imzalanıb. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.
Eyfel qülləsinin yaxınlığında yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzi dünya mədəniyyətinin paytaxtında ölkəmizin təbliği üçün ən əhəmiyyətli addımlardan biridir. Xüsusi əhəmiyyətə malik olan bu mədəni hadisə mədəniyyətlərarası dialoq platformasının aparıcı qüvvəsi kimi dünya gündəliyinə daxil olmuş Azərbaycanın ən yüksək səviyyədə populyarlaşmasına xidmət edir. Qədim və zəngin tarixə aid olan eksponatların ölkəmizin mədəniyyətini bir məkanda təqdim etdiyi mərkəz, həmçinin Parisin mədəni həyatında fəallığı ilə fərqlənən bu sahədə Azərbaycanın həyata keçirdiyi fəaliyyətin sübutu üçün geniş imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi, həmçinin bizim ölkəmizə hədsiz marağı təcəssüm etdirir.
Mədəniyyət günlərində yerli sakinlər və turistlərin Azərbaycanı müxtəlif sərgilər.
Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən belə humanitar proqramların effektivliyinin güclənməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi özünün vəzifəsi hesab edir.
Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana təcavüzünün tarixini əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən "Müharibə və mədəni-tarixi abidələrimiz", "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.
Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür. Bu münasibətlə Mehriban xanımı ürəkdən təbrik edir, ona can sağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan xalqının rifahı naminə çoxşaxəli və mühüm işində uğurlar arzulayıram.
Ad gününüz mübarək, Mehriban xanım!
Sücəddin Əbdülov
"Tərəqqi" medallı, Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan Zona Uşaq Reanimasiya şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış reanimatoloq,

Вернуться назад