DataLife Engine > sehiyye > Yumşaq və baxımlı ayaqlara sahib olmaq üçün QAYDALAR

Yumşaq və baxımlı ayaqlara sahib olmaq üçün QAYDALAR


9-09-2015, 17:34. Разместил: heqiqet Yumşaq və baxımlı ayaqlara sahib olmaq üçün QAYDALAR Bədənin daha çox baxıma ehtiyac duyan orqanlarından biri də ayaqlardır.
Yay aylarında olduğu kimi, soyuq aylarda da çox baxıma laqeyd yanaşmaq olmaz.
Yayda tərlik, sandallarla azadlıq verdiyiniz, ardınca corab və qapalı ayaqqabıların içinə həbs edəcəyiniz ayaqlarınızı qışa hazırlamaq lazımdır. Aile.lent.az bunun üçün bəzi məsləhətlər təqdim edir:
- Payız-qış mövsümü üçün ayaqqabı alarkən ortopedik olmasına diqqət edin.
- Ayaqlarınızı sıxan ayaqqabını məcburən geyinməyin.
- Qışda dabanların çatlamasının qarşısını almaq üçün hər dəfə duşdan sonra nəmləndirici çəkin.
- Qışda da pedikür etdirməyə etinasız yanaşmayın.
- Hər dəfə duş sonrası ponza daşı ilə dabanarınızdakı ölü dərini təmizləyin.
- Yumşaq və baxımlı ayaqlara sahib olmaq istəyirsinizsə, axşamlar nəmləndirici krem çəkib pambıq corab geyinin.
- Günboyu yorulan ayaqlarınızı günün sonunda soyuq su ilə yuyaraq, ya da stress azaldan lavanda yağı ilə masaj edərək, yorğunluğunu azalda bilərsiniz.

Вернуться назад