DataLife Engine > sehiyye > Türk-Azərbaycan Onkoloq Günləri keçiriləcək

Türk-Azərbaycan Onkoloq Günləri keçiriləcək


10-09-2015, 18:46. Разместил: heqiqet Türk-Azərbaycan Onkoloq Günləri keçiriləcək Sentyabrın 11 və 12-də Azərbaycanda Türk-Azərbaycan Onkoloq Günləri keçiriləcək.
Azərbaycanın baş onkoloqu Azad Kərimli bildirib ki, artıq bu məqsədlə Türkiyənin 40-dan çox tanınmış onkoloqu Azərbaycana səfərə gəlib.
Səfər çərçivəsində sabah Türkiyə və Azərbaycan onkoloqlarının birgə iştirakı ilə konfrans keçiriləcək.
Səfər zamanı Türkiyə və Azərbaycan onkoloqları xəstələrin müalicəsində tətbiq edilən nailiyyətlər, müalicə metodları ilə bağlı təcrübə mübadiləsi aparacaqlar.
Вернуться назад