DataLife Engine > sehiyye > Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılır

Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılır


17-09-2015, 15:23. Разместил: heqiqet Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılır Bu gün Respublika Diaqnostika Mərkəzinin həkim briqadası Mingəçevir Mərkəzi Rayon Xəstəxanasında Mingəçevir, Ağdaş, Yevlax və digər qonşu rayon əhalisinin müayinələrini təşkil edləcəklər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müayinələrdə otorinolarinqoloq (LOR), oftalmoloq, neyrocərrah, pediatr-neonatoloq, radioloq, ginekoloq və terapevt iştirak edəcək.
Qeyd edək ki, RDM-in mütəxəssisləri tərəfindən həyata keçirilən bu regional aksiya artıq ənənəyə çevrilib.
Вернуться назад