Həbsdə olan sabiq icra başçısının vəziyyəti pisləşdi, o hospitala yerləşdirildi
31-10-2022, 09:39. Разместил: heqiqet
Sabiq icra başçısının səhhəti pisləşib və o, Penitensiar Xidmətin müalicə müəssisəsindən adıçəkilən hospitala köçürülüb.
Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.
Вернуться назад