"Hazırda ölkədə heç bir qrip virusu yoxdur"
22-09-2015, 12:23. Разместил: heqiqet
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Almaz Əsədova isə insanlar arasında yaranan bu iltihablanmaların əslində qriplə əlaqəli olmadığını bildirib: “Mövsüm dəyişkənliyi yaşandığı üçün insan orqanizminin hava dəyişikliyinə qarşı həssaslığı artır. Gündüzlər evdən çıxarkən isti olduğundan əhali üst geyimi geyinmir, axşam da evə qayıdarkən sərin havaya məruz qalırlar. Nəticədə hava yolu ilə ciyərlərə soyuq dəyir, insanlarda halsızlıq, öskürmə, sümük ağrıları, burun axıntısı kimi soyuqdəymə əlamətləri yaşanır”.
Hazırda ölkədə heç bir qrip virus faktorunun aşkarlanmadığını qeyd edən A. Əsədova əhaliyə bu fəsil dəyişkənliyinin yaşatdığı iltihab hallarından qorunmaq üçün maye qəbulunu artırmağı tövsiyə edir: “İnsan sıxlığı olan yerlədən, ictimai nəqliyyatlardan mümkün olduğunca uzaq gəzsinlər. Səhərlər evdən çıxarkən özləri ilə jilet, pencək götürməyi unutmasınlar. Corab geyinsinlər. İctimai nəqliyyatlardakı tutacaqlardan çox istifadə etməsinlər. Qida olaraq limonlu çay, maye qəbulunu artırmaları məsləhətdir”.
Fərizə ƏHMƏDOVA
Вернуться назад