DataLife Engine > sehiyye > Azərbaycanda daha bir ana ölümü baş verib

Azərbaycanda daha bir ana ölümü baş verib


1-10-2015, 20:54. Разместил: heqiqet Azərbaycanda daha bir ana ölümü baş verib Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında gənc qadın doğuş zamanı ölüb.
Rayonun Alar kənd sakini, 20 yaşlı Xoşbəxt Fikrət qızı Həsənova ötən gün axşam saatlarında xəstəxananın doğum şöbəsinə qəbul olunub.
Doğuş zamanı körpə qeysəriyyə əməliyyatı yolu ilə ana bətnindən götürülüb. Əməliyyatdan 4 saat sonra gənc qadın ölüb. Yeni dünyaya gələn qızın vəziyyəti isə normaldır.
İlkin versiya kimi, ananın böyrəklərində problem olması bildirilir. Faktla bağlı araşdırma aparılır.

Вернуться назад